service

Viza və sığorta dəstəyi

Xaricdə təhsil almaq istəyən tələbələr üçün ölkəyə uyğun viza prosedurlarının düzgün və problemsiz şəkildə idarə olunması bu xidmətin əsas məqsədidir. Sənədlərin tamlığı, maliyyə sübutları, təhsil niyyəti və digər vacib kriteriyalar əsasında tələbəyə fərdi yanaşma ilə viza müraciətinin hazırlanması təmin edilir. Eyni zamanda, tələbənin gedəcəyi ölkədə təhsil müddətini əhatə edən etibarlı və universitet tərəfindən tanınan tibbi və ümumi sığorta paketlərinin seçilməsi və alınması prosesinə tam dəstək göstərilir. Bu xidmət, həm viza rəddinin qarşısını almağa, həm də tələbənin xaricdə rahat və təhlükəsiz şəkildə təhsil almasına yönəlib.

  • Viza müsahibəsinə hazırlıq üçün məşqlər və tövsiyələr.
  • Xarici ölkədə sığorta şərtlərinin izahı.